80-dən çox cinayətkar Azərbaycana ekstradisiya olunub

   80-dən çox cinayətkar Azərbaycana ekstradisiya olunub
  06 Dekabr 2021    Oxunub:922
"Son 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80 nəfərdən çox şəxsin Azərbaycana ekstradisiyası təmin olunub".
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib. Bildirilib ki, bununla da cinayətkarların özlərini heç yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır:

"Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək. Qlobal pandemiya şəraitində cinayətkarların təslim edilməsi ilə bağlı operativliyin təmin olunması üçün sorğuların elektron qaydada baxılması barədə xarici həmkarlarla razılığa nail olunub. Ötən dövrdə beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Türkiyə, Bosniya və Herseqovina, Əlcəzair, Ukrayna və s. dövlətlərdən ölkəmizə ekstradisiyası təmin edilib".

Aytən Zəhra
AzVision.az



Teqlər: Cinayət   Ekstradisiya  



Xəbər lenti