Ərdoğan BƏƏ-yə səfər edəcək

Ərdoğan BƏƏ-yə səfər edəcək
  06 Dekabr 2021    Oxunub:725
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn il Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğan Qətərə səfərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə deyib.

Onun sözlərinə görə, fevral ayında Türkiyədən böyük bir nümayəndə heyətlə Əbu-Dabiyə səfər planlaşdırılıb.

Qeyd edək ki, Türkiyə lideri dekabrın 6-7-də Dohada keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan  



Xəbər lenti