Şanxayda gənc qayçı ilə 9 nəfəri yaralayıb

Şanxayda gənc qayçı ilə 9 nəfəri yaralayıb
  06 Dekabr 2021    Oxunub:612
Şanxayda bir nəfər insanlara qayçı ilə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə Pudun rayon polisi məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs iki polis də daxil olmaqla, doqquz nəfəri yaralayıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Lyu soyadlı 26 yaşlı şübhəlini tapıblar. Yaralılar xəstəxanaya aparılıb.

İlkin araşdırmaya görə, o, Şanxaya bu yaxınlarda gəlib və psixi problemləri olan şəxs kimi başqa şəhərdə qeydiyyatdadır.

Araşdırma davam edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Şanxay   Hücum  





Xəbər lenti