Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
  06 Dekabr 2021    Oxunub:726
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətin mətbuat xidməti məlumat yayıb.

Müzakirələrin gündəliyi açıqlanmayıb.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının üzvlərindən başqa iclasda parlamentin spikeri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubinyan, hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr daimi komitəsinin sədri Eduard Ağacanyan, eləcə də müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan iştirak edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti