Çin olimpiada ilə bağlı ABŞ-a xəbərdarlıq etdi

Çin olimpiada ilə bağlı ABŞ-a xəbərdarlıq etdi
  06 Dekabr 2021    Oxunub:759
Amerika Qış Olimpiya Oyunlarını boykot edəcəyi təqdirdə rəsmi Pekin bu addıma cavab olaraq qisas alacaq.
AzVision.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zjao Litsyan bəyan edib. Onun sözlərinə görə, Çin və ABŞ arasında mühüm sahələrdə dialoq və əməkdaşlığa təsir etməmək üçün Amerika tərəfindən Qış Olimpiya Oyunları ilə boykot çağırışları dayandırılmalıdır: “Əgər ABŞ bilərəkdən bu mövqeyə əməl edərsə, Çin kəskin əks tədbirlər görəcək”.

Noyabrın 16-da “The Washington Post” qəzeti yazıb ki, ABŞ Çində insan haqlarının pozulmasına diplomatik boykotla cavab vermək istəyir. Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   Çin  





Xəbər lenti