Kanada Ukraynadakı hərbçilərinin sayını artırmayacaq

Kanada Ukraynadakı hərbçilərinin sayını artırmayacaq
  06 Dekabr 2021    Oxunub:758
Ukrayna Rusiyanı qıcıqlandırmamaq üçün ehtiyatlı və diplomatic yolla hərəkət etməlidir.
AzVision.az xəbər verir ki, bunu Kanadanın yeni müdafiə naziri Veyn Eyri “The Globe & Mail”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynada qoşunların sayının artırılması Moskvanı təxribata çəkə bilər : “Biz çox diqqətli olmalıyıq. Potensial rəqiblər həmişə ciddi qəbul edilməlidir. Bundan əlavə, tarix boyu müharibələr potensial səhv hesablamalar səbəbindən başlayıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti