Quba universal kompleksində 200-250 işinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək. Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış oldular.
Bildirildi ki, Kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldiləsi üçün proqramların təşkili nəzərdə tutulur.
Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Çünki, şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.
AzVision.az