İranda avtobus qəzası - 8 nəfər ölüb

İranda avtobus qəzası -    8 nəfər ölüb
  07 Dekabr 2021    Oxunub:722
İranın İsfahan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb.
AzVision.az xəbər verir ki, qəza yerli vaxtla saat 03:20 radələrində Fin bağı bölgəsində baş verib.

Qəza nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın baş verməsinə səbəb yük maşını sürücüsünün yuxulu olması olub.

Faktla bağlı cinayət işi açılıb.

AzVision.az



Teqlər: İran   qəza  



Xəbər lenti