Bayden Putinlə söhbətdən sonra Zelenski ilə danışacaq

Bayden Putinlə söhbətdən sonra Zelenski ilə danışacaq
  07 Dekabr 2021    Oxunub:1059
Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden Amerika lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında söhbətdən sonra telefon danışığı aparacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.

Putin və Bayden bu gün videobağlantı vasitəsilə danışıqlar aparacaqlar. Bundan əvvəl Zelenski ilə Blinken arasında telefon söhbəti olub.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Blinken və Zelenski Donbassda nizamlanmanı və Krım üzərində “Ukraynanın suverenliyinin bərpasını” müzakirə ediblər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti