Ermənistanda virusa yoluxanların sayı 341 mini ötüb

Ermənistanda virusa yoluxanların sayı 341 mini ötüb
  07 Dekabr 2021    Oxunub:241
Ermənistanda son sutka ərzində daha 240 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 341 058 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 27 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7718-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1457 nəfərdir. Aktiv xəstələrin sayı 9 477 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Ermənistan   virus  







Xəbər lenti