Tramp Putin-Bayden görüşünü Vaşinqton üçün “qeyri-bərabər matç” adlandırdı

Tramp Putin-Bayden görüşünü Vaşinqton üçün    “qeyri-bərabər matç”    adlandırdı
  07 Dekabr 2021    Oxunub:1017
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vladimir Putinin Co Baydenlə gözlənilən görüşü barədə danışıb.
AzVision.az xəbər verir ki, Tramp görüşü Vaşinqton üçün “qeyri-bərabər matç” adlandırıb.

- Bu, qətiyyən icazə verilməməli bir matçdır. Bu, "New England Patriots"un məktəb komandasına qarşı oynaması kimi bir şeydir,- keçmiş Amerika lideri "Newsmax" telekanalına açıqlamasında deyib.

Trampın fikrincə, Putinin və Çin Xalq Respublikasının rəhbəri Si Cinpinlə pozitiv dialoquna baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden administrasiyasının hərəkətlərindən daha sərt olub.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında videokonfrans formatında görüş olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bayden   Tramp   Putin  





Xəbər lenti