Almaniyada gələcək hökumətin üzvləri koalisiya sazişi imzalayıblar

Almaniyada gələcək hökumətin üzvləri koalisiya sazişi imzalayıblar
  07 Dekabr 2021    Oxunub:604
Almaniya Sosial Demokrat Partiyası, “ İttifaq 90/Yaşıllar və Azad Demokrat Partiyasının liderləri bir neçə aydır davam edən müzakirələrdən sonra koalisiya sazişi imzalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bundestaqın dekabrın 8-də sosial demokrat Olaf Şolsu yeni kansler olaraq təsdiqləyəcəyi gözlənilir. Həmin gün yeni hökumətin andiçmə mərasimi keçiriləcək və indi fəaliyyət göstərən Angela Merkelin kabinetinin üzvləri nəhayət ki, istefa verəcəklər. Bununla da yeni hökumətin formalaşdırılması prosesi başa çatır.

Koalisiya sazişi 177 səhifədən ibarətdir və gələcək Nazirlər Kabinetinin ən azı dörd il üçün təməlini qoyur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti