Erməni deputat məhkəməyə verildi: Spikerin gizli biznesini aşkarlayıb

  Erməni deputat məhkəməyə verildi: Spikerin gizli biznesini aşkarlayıb
  07 Dekabr 2021    Oxunub:1318
Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalif “Hayastan” blokunun deputatı Areqnaz Manukyanı məhkəməyə verəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.

- Xanım Manukyan öz sözlərini məhkəmədə sübut etməli olacaq. Əks halda təzminat ödəyərək parlamentin tribunasından mənim barəmdə səsləndirdiyi fikirləri təkzib edəcək, - Simonyan deyib.

"Ölkə olaraq Rusiya və İranın sayəsində mövcuduq"- Erməni deputat
O, Manukyanın ittihamlarını yalan adlandırıb və deputatları konstruktiv meydanda qalmağa çağırıb.

Qeyd edək ki, Manukyan Simonyanı qardaşının rəhbəri olduğu “Euroasphalt” yol tikintisi şirkətinə şərait yaratmaqda, dövlət tenderlərində qalib gələrək büdcə hesabına varlanmaqda ittiham edib.

Xatırladaq ki, bir müddət öncə “Hetk” nəşri Simonyanın kiçik qardaşı Karlen Simonyanın rəhbərliyi ilə “Euroasfalt” şirkətinin Aparanda icmadaxili yolların tikintisi üzrə tenderin qalibi olduğunu yazmışdı. Müqavilənin ümumi dəyəri 287 milyon dram (təxminən 140 min dollar-red.) təşkil edir. Ümumilikdə 2018-ci ilin mart ayında yaradılan şirkət yol tikintisi üzrə müxtəlif dövlət tenderlərinə 16 dəfə müraciət edib. Bunlardan yalnız 4-ü qəbul edilib, şirkət 2 tenderin qalibi olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə   Ermənistan   Spiker  





Xəbər lenti