Moskva ilə İran MKİ-nin direktorunun başını ağardıblar

   Moskva ilə İran MKİ-nin direktorunun başını ağardıblar
  07 Dekabr 2021    Oxunub:921
ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsinin direktoru Uilyam Berns məhz Moskvada işləyən vaxt saçlarının ağardığını bildirib. O, “Wall Street Journal” nəşrinə verdiyi müsahibədə belə deyib.
AzVision.az xəbər verir ki, Uilyam Berns məhz 2005-2008-ci illərdə ABŞ-ın Rusiyada səfiri postunu tutarkən başındakı saçların böyük hissəsinin ağardığını bildirib. Onun dediyinə görə, saçlarının qalan hissənin ağarması isə İranın payına düşür.
- Saçlarımın qalan hissəsinin ağarması iranlılarla aparılan danışıqlarla bağlıdır. Xüsusilə də nüvə silahı ilə bağlı 2013-cü ildə aparılan gizli danışıqlarla, - Uilyam Berns vurğulayıb.
Bununla da, ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsinin direktoru əslində Rusiya və İranın münaisbətlərin tənzimlənməsi müstəvisində üzüyola olmadıqlarına eyham vurub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berns   Rusiya-İran  





Xəbər lenti