Lavrov Yaxın Şərqə və Şimali Afrikaya səfər edəcək

Lavrov Yaxın Şərqə və Şimali Afrikaya səfər edəcək
  07 Dekabr 2021    Oxunub:443
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 12-də İsrail, Fələstin, Əlcəzair və Mərakeşə səfəri başlayır.
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

“Bir neçə gündən sonra xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərqə, Şimali Afrikaya səfəri başlayır. O, İsrail, Fələstin, Əlcəzair, Mərakeşdə olacaq.
Mərakeşdə krallığın rəhbərliyi ilə görüşdən əlavə, xarici işlər nazirləri səviyyəsində Rusiya-Ərəb Əməkdaşlıq Forumunun iclası keçiriləcək", - nazir müavini əlavə edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Sergey-Lavrov  





Xəbər lenti