"Nazir müavini postu azərbaycanca daha yaxşı danışmağa yardımçı olacaq" - Mariana Vasileva

   "Nazir müavini postu azərbaycanca daha yaxşı danışmağa yardımçı olacaq" -     Mariana Vasileva
  07 Dekabr 2021    Oxunub:2336
"Azərbaycana gələnə qədər mən ancaq bolqar dilində danışırdım. Bu, təbii ki, təqdirə layiq deyil. Amma indi əminliklə deyə bilərəm ki, rus dilində, eləcə də ingilis və Azərbaycan dillərində səlis danışıram. Bəli, çətindir, qrammatika, əlifba fərqlidir. Biri latın, digəri kirilcədir, amma məncə bu işdə yaxşıyam".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində deyib. O bildirib ki, gənclər və idman nazirinin müavini təyin olunmağı onu azərbaycanca daha yaxşı danışmağa yardımçı olacaq:

“Çünki məşğul olacağım çoxlu sənədlər olacaq. Eyni zamanda bir çox söhbətlər ancaq Azərbaycan dilində olacaq. Azərbaycandakı həyatım da dinamikdir. İş, ev, ailə, dostlar, yarışlar və mübarizə. Vəziyyətə, yeni dəyişikliklərə tez uyğunlaşmalısınız. Pandemiyanın bizi tam başqa şəraitdə işləməyə məcbur etdiyini görə bilərsiniz”.

Aytən Zəhra
AzVision.az



Teqlər: İdman   Nazir-müavini  





Xəbər lenti