Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək

Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək
  07 Dekabr 2021    Oxunub:1243
Yaxın həftələrdə Əfqanıstanın paytaxtı Kabildə Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasında keçirilən mətbuat konfransında qurumun xarici siyasət üzrə nümayəndəsi Nabil Massrali deyib.

Onun sözlərinə görə, bu, Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının Brüssel tərəfindən tanınması demək deyil: "Biz, Kabildə Aİ-nin minimal olaraq iştirakını təmin etmək üçün çalışırıq. Bu, aylar deyil, həftələr məsələsidir. Eyni zamanda, bu, tanınma əlaməti deyil".

Pərvanə Sultanova
AzVision.az






Teqlər:   Əfqanıstan  





Xəbər lenti