"Bayden Putinin heç bir qırmızı xəttini qəbul etməməlidir" - Reznikov

"Bayden Putinin heç bir qırmızı xəttini qəbul etməməlidir" -    Reznikov
  07 Dekabr 2021    Oxunub:516
"ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin heç bir qırmızı xəttini qəbul etməməlidir".
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “CNN” telekanalına müsahibəsində deyib.

“Prezident Baydenə məsləhət verə bilsəydim, ona söyləyərdim ki, bu vəziyyətdə Kreml tərəfindən heç bir qırmızı xəttin olmadığını cənab Putinə aydın şəkildə izah etsin. Qırmızı xətt burada - Ukraynadadır və sivil dünya buna tərəddüd etmədən reaksiya verəcək”, - ukraynalı nazir bildirib.

"CNN"in məlumatına görə, Ukraynanın müdafiə naziri, həmçinin bildirib ki, öz müttəfiqlərindən silah da daxil olmaqla, əlavə yardım istəyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti