"Omikron" əleyhinə peyvənd mart ayında hazır olacaq

"Omikron" əleyhinə peyvənd mart ayında hazır olacaq
  07 Dekabr 2021    Oxunub:706
Hazırda dünyanı yeni təhlükə ilə üz-üzə qoyan koronavirusun "omikron" ştamına qarşı peyvənd hazırlana bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. bildirilir ki, çərşənbə axşamı keçirilən mətbuat konfransında "Pfizer" əczaçılıq şirkətinin rəhbəri Albert Burla məsələ ilə bağlı danışaraq "əgər ehtiyac yaranarsa, belə bir vaksin mart ayına qədər hazır olacaq" deyib.

- Həqiqətən belə bir ehtiyac olub-olmayacağını bilmirəm. Bunu bir neçə həftəyə öyrənəcəyik-şirkət rəhbəri söyləyib.

Qeyd edək ki, mütəxəssislər indiyə kimi "omikron" ştamına qarşı mövcud vaksinlərin effektivliyi ilə bağlı konsensusa gəlməyiblər. Burlanın proqnozuna görə, yaxın gələcəkdə "omikron"a yoluxanların sayı milyonlara çatacaq. İlin sonuna qədər yeni ştamın əsas xarakteristikaları artıq müəyyənləşəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Koronavirus   Vaksin   Omikron  





Xəbər lenti