"Qiymət artımı qlobal xarakter daşıyır"- Putin

"Qiymət artımı qlobal xarakter daşıyır"-   Putin
  07 Dekabr 2021    Oxunub:787
"Qiymət artımı qlobal xarakter daşıyır. Buna bir sıra ölkələrin yumşaq büdcə siyasəti səbəb olub".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə məlumat verib.

- Qiymət artımı qlobal xarakter daşıyır, biz də bunu yaxşı bilirik. Onun əsas səbəbləri bir sıra xarici ölkələrin, inkişaf etmiş iqtisadiyyatların həddindən artıq yumşaq büdcə siyasətidir. Bunu nəzərə alaraq, inflyasiyaya qarşı effektiv mexanizmlərin həyata keçirilməsi zəruridir. Sizdən xahiş edirəm, diqqətinizi daxili bazarda mal və xidmət təklifinin artırılmasına yönəldəsiniz. Bu, ilk növbədə, ərzaq məhsullarına aiddir, - Putin deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Qiymət  





Xəbər lenti