Putin və Bayden videobağlantı ilə danışıqlar aparır

   Putin və Bayden videobağlantı ilə danışıqlar aparır
  07 Dekabr 2021    Oxunub:1126
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında olan videobağlantı başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, danışıqlarda liderlər Ukrayna ilə bağlı gərginlik, NATO-nun şərqə doğru hərəkəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxunacaqlar.

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml bu danışıqlardan hər hansı irəliləyiş gözləmir. Onun sözlərinə görə, bu, Avropada gərginliyin artdığı, ən yüksək səviyyədə şəxsi müzakirəni tələb edən çox çətin bir dövrdə adi işgüzar söhbətdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Bayden  





Xəbər lenti