BMT-dən İrəvana çağırış: "Azərbaycanlılara qarşı irqi nifrəti dayandırın"

  BMT-dən İrəvana çağırış: "Azərbaycanlılara qarşı irqi nifrəti dayandırın"
  07 Dekabr 2021    Oxunub:510
BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Ermənistandan azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə məhkəmənin sədri Coan Donoqu məlumat verib.

- Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, öz ərazisindəki təşkilatlar və şəxslər də daxil olmaqla, azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təhrikinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir, - Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanı pozması ittihamı ilə Bakının İrəvana qarşı iddiası üzrə qərarı elan edən hakim deyib.

Bundan əlavə, məhkəmə hər iki tərəfi vəziyyəti daha da pisləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. İclas məhkəmənin internet saytında yayımlanıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti