Xaşuqçinin qatili Fransada saxlanıldı

   Xaşuqçinin qatili Fransada saxlanıldı
  07 Dekabr 2021    Oxunub:885
“The Washington Post” qəzetinin səudiyyəli jurnalisti Camal Xaşukçinin qətlində şübhəli bilinənlərdən biri nəzarət altına alınıb. AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti Fransa mətbuatına istinadən məlumat yayıb.
Bildirilir ki, o çərşənbə axşamı Parisdə saxlanılıb.

-Camal Xaşukcini öldürməkdə şübhəli bilinən səudiyyəlilərdən biri dekabrın 7-də Fransada saxlanıldı. Əldə etdiyimiz məlumata görə, söhbət 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli jurnalistin qətlini törədən və "komando"nun üzvü olduğu iddia edilən Xalid əl-Otaibidən gedir.

Səudiyyəli jurnalistin qətlinin detalları - Sensasion faktlar üzə çıxdı
Türkiyədə çıxarılan həbs qərarından sonra İnterpol tərəfindən axtarışa verilən Səudiyyə Kral Qvardiyasının keçmiş üzvü, 33 yaşlı Xalid əl-Otaibinin səhər saatlarında Ər-Riyada uçmağa hazırlaşarkən Parisin "Roissy Charles de Gaulle" hava limanında həbs edildiyi bildirilir.
Qeyd edilir ki, o öz adı və pasportu ilə səyahətə çıxıbmış.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Xaşukçi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedərkən qətlə yetirilmişdi. Onunla birgə gələn nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olundu.

Tural Tağıyev
AzVision.az



Teqlər:  





Xəbər lenti