Bakı Limanında logistika imkanları mövzusunda təlim olub - FOTOLAR

   Bakı Limanında logistika imkanları mövzusunda təlim olub -    FOTOLAR
  07 Dekabr 2021    Oxunub:1944
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və perspektivlər” mövzusunda silsilə təlimə başlayıb.
AzVision.az xəbər verir ki, interaktiv formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etməkdir. B

akı Limanında təşkil olunan ilk təlimdən əvvəl jurnalistlər ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları, “Əsas yük terminalı”, “Ro-Ro” və “Bərə” terminallarının fəaliyyəti ilə tanış olub, yükaşırma prosesini yerində izləyiblər. Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim olunub.

Eyni zamanda, iştirakçılara “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Bununla yanaşı media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar.

































Şahanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti