Çempionlar Liqası: Messi dubl etdi

Çempionlar Liqası:   Messi dubl etdi
  07 Dekabr 2021    Oxunub:1062
UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.
AzVision.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

A qrupunda PSJ Fransada Belçika "Brügge"sini darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində Kilian Mbappe və Lionel Messi dubl müəllifi olublar. Digər görüşdə isə İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Oyun Bundesliqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da A qrupunda mübarizəyə yekun vurulub. "Mançester Siti" qrupda ilk, PSJ isə 2-ci pilləni daha əvvəl təmin etdiyindən 1/8 finala adlayıblar. "Leyptsiq" isə 3-cü yeri tutaraq, Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1

Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) - Mats Rits, 68

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1

Qollar: Dominik Soboslai, 24. Andre Silva, 71 - Riyad Mahrez, 71

Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 11, "Leyptsiq" - 7, "Brügge" - 4.

Qeyd edək ki, indiyədək "Mançester Siti" və PSJ ilə yanaşı, İngiltərənin "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid", Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları da 1/8 finala adlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti