Təhsil naziri 12-13 illik təhsil sisteminə keçidi təklif edir

 Təhsil naziri 12-13 illik təhsil sisteminə keçidi təklif edir
  08 Dekabr 2021    Oxunub:1791
Uğurlu iqtisadi modeli olan ölkələrin inkişafı qısa müddətdə olmur. Elə bir formula da yoxdur ki, onu tətbiq edəndə 2 ildən sonra iqtisadi artım iki rəqəmli olsun. Bu təcrübə yoxdur.
AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ən aşağı yaşdan uşaqların məktəbə getməsi, məktəblinin aldığı dərsin məzmunu əsasdır.

"Bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq əhatəlilik və ya 12-13 illik təhsil sistemini görürük. Öyrənmə saatları Azərbaycandan da 20-30 faiz çoxdur, bu tip dəyişiklər ciddidir və uzun müddətlidir. Bu istiqamətdə işlərə başlamalıyıq ki, məsafəni qəth edək".

Nazir bildirib ki, məşğulluğa təsir edən başlıca səbəb bacarıqlardır: "İş yeri tapan adam əlavə dəyər yaratmırsa və sadəcə dövlət büdcəsindən əmək haqqı alırsa, o adam iqtisadiyyatın artımına təsir etmir. Bacarıqların qısa müddətdə inkişaf etdirilməsi üçün ölkəmizin müsbət təcrübəsi və imkanları var ki, onlardan faydalanmalıyıq".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti