Ermənistan polisinin keçmiş rəisinə ittiham elan edilib

 Ermənistan polisinin keçmiş rəisinə ittiham elan edilib
  09 Dekabr 2021    Oxunub:1187
Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan 2 milyard dramdan çox (4 milyon dollar) çirkli pulun yuyulmasında ittiham olunur.

AzVision.azxəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 2000-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışan Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə edib, saxtakarlıq, mənimsəmə, korrupsiya ilə məşğul olub. Nəticədə Qasparyan bahalı evlər,nəqliyyat vasitələri alıb və onların mənşəyini gizlətmək üçün yaxınlarının adlarına rəsmiləşdirib.

2010-2011-ci illərdə həyat yoldaşının adını Hərbi polisdə işə yazdırıb. O, işə gəlməyib, ancaq 17 milyon dram maaş alıb. 2011-2018-ci illərdə daimi olaraq işə gəlməməsinə, qeydə alınmayan məzuniyyətlərinə baxmayaraq, daha 19 milyon dram aldı.

Qasparyanın heç vaxt polisdə işləməmiş qızı 9 milyon dram maaş alıb. 2012-2019-cu illərdə o, həm də “Dinamo” qeyri-hökumət təşkilatının rəhbəri olmaqla, saxta sənədlərlə torpaq sahələri və əmlak ələ keçib.

Qasparyana eyni anda bir neçə maddə - “çirkli pulların yuyulması”, “mənimsəmə və ya israf etmə”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları irəli sürülüb.

Ermənistan Baş Prokurorluğu bundan əvvəl keçmiş polis rəisinin və ailəsinin qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə olunması barədə vəsatətlə məhkəməyə müraciət edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti