-Gorus-Qafana alternativ çəkilmiş strateji əhəmiyyətli tranzit yolun yeni asfalt örtüyü sıradan çıxır. Yük maşınları sürətini azaldır, ərazidən güclə keçib gedir, hətta çuxurlara düşərək sınırlar,-ərazidən reportaj hazırlayan erməni jurnalist yazıb.
Xatırladaq ki, ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğalda saxladığı tarixi ərazilərini geri qaytardıqdan sonra Zəngəzur bölgəsində, sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəyə nəzarəti də bərpa edib.
Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan İran yük maşınlarından rüsum tələb etməyə başlayıb. Nəticədə Ermənistana yük daşıyan iranlı sürücülər qanuna uyğun olaraq aidiyyəti quruma rüsum verməyə məcbur oldular.
Bəzi sürücülər isə Ermənistan ərazisi ilə dolayı, yük maşınları üçün yaramayan alternativ yollarla keçməyə çalışdılar.
Bundan sonra Gorus-Qafan yoluna alternativ yol çəkilməyə başlandı. Yerli media artıq alternativ yolların da yük maşınları üçün bir işə yaramadığını yazır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


