Hindistanın Baş Qərargah rəisi helikopter qəzasında ölüb - YENİLƏNİB - 3

 Hindistanın Baş Qərargah rəisi helikopter qəzasında ölüb -  YENİLƏNİB - 3
  08 Dekabr 2021    Oxunub:2904
Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqh bildirib. Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.
***15:37***

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ölkənin cənubundakı Tamil Nadu əyalətində qəzaya uğraması nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.

AzVision.azxəbər verir ki, bu barədə "Times of İndia" məlumat yayıb.

Helekopterdə Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, eyni zamanda yüksək səviyyəli hərbi heyətdən ibarət 14 nəfər olub.



Qəzaya uğrayan Mi-17V5 helikopteri hərbi və ya hər hansı digər VIP səyahət üçün istifadə olunur. Ona görə də bu helikopterlərdə hər cür təhlükəsizlik tədbirlərinə əməl olunur.

***
14:15
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ölkənin cənubundakı Tamil Nadu əyalətində qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə "Times of india" məlumat yayıb.

Qeyd edilib ki, göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Bipin Ravatın da olduğu helikopter qəzasında 7 nəfərin cəsədi aşkarlanıb, xilasetmə əməliyyatları davam edir

Helikopterdə 14 nəfərdən ibarət hərbi heyət olub.

***
13:13

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin cənubundakı Tamil Nadu əyalətində qəzaya uğrayıb.

AzVision.az xəbər verir ki, bu barədə “İndian Express" məlumat yayıb.

Helikopterin göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Baş Qərargının rəisi, general Bipin Ravat, onun həyat yoldaşı və daha 7 nəfər yüksək rütbəli hərbçi olub. Ümumilkdə isə ekipaj üzvləri ilə birlikdə helikopterdə 14 nəfər olub.

Qəzanın səbəbi və heyətin taleyi hələlik məlum deyil.

Mənbələr isə qəza nəticəsində ən azı üç yaralının yaxınlıqdakı xəstəxanaya aparıldığını, lakin onların şəxsiyyətlərinin hələlik təsdiqlənmədiyini bildiriblər.

Hindistanın Hərbi Hava Qüvvələrinin tvitter hesabında qeyd edilib ki, generalın olduğu IAF Mi-17V5 helikopteri bu gün Tamil Nadu ştatının Kunur bölgəsi yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmaya göstəriş verilib.

Qəza Mi seriyalı helikopterin Sulurdakı ordu bazasından havaya qalxmasından qısa müddət sonra baş verib. Helikopter Vellinqton müdafiə müəssisəsinə gedirmiş

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hindistan   Qəza  





Xəbər lenti