Ohanyanla arvadının əmlakına həbs qoyuldu
![Ohanyanla arvadının əmlakına həbs qoyuldu Ohanyanla arvadının əmlakına həbs qoyuldu](https://azvision.az/photos/2021/12/fghfg-1638955532.jpg)
Bundan başqa, ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyanın mühafizəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryan və onun ailəsinin də əmlakına həbs qoyulub.
-Onların hamısı araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqelərini bildirmək üçün prokurorluğa dəvət ediliblər, - Baş prokurorluqdan bildirilib. Rəsmilər Ohanyanın hansı əmlakına həbs qoyulduğunu açıqlamayıblar.
Prokurorluq həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı, oğlu, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri, Milli Məclisin keçmiş spikeri Qalust Saakyanın oğlu Arman Saakyanın, keçmiş nazir Arman Saakyanın, təbiəti mühafizə nazirinin keçmiş mühafizə rəhbəri Aram Arutyunyanın da əmlakının qanuniliyini araşdırır.
Xatırladaq ki, bir neçə gün əvvəl prokurorluq sabiq polis rəisi Vladimir Qasparyan və onun ailə üzvlərinin əmlakının müsadirə olunması tələbi ilə məhkəməyə müraciət etsə də, bu işin digər təfərrüatları açıqlanmadı. Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş yüksək rütbəli məmuru Serob Arutyunyanın və onun qohumlarının qanunsuz əmlakının müsadirə olunması barədə məlumat yayılmışdı.
Tural Tağıyev
AzVision.az
Teqlər: