Rusiya hərbi heyəti İrəvana gəlib

Rusiya hərbi heyəti İrəvana gəlib
  08 Dekabr 2021    Oxunub:850
Rusiya hərbçilərindən ibarət nümayəndə heyəti çərşənbə günü İrəvana gəlib. AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumat yayıb.
Bildirilir ki, hərbçilərin olduğu təyyarə Erebuni hava limanına enib.

Nəşrin iddiasına görə, guya söhbət Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın görüşlər keçirməsindən gedir. "Sputnik Ermənistan" isə məsələni aydınlaşdırdığını yazaraq əslində hərbçilərin xidməti və gündəlik məsələləri müzakirə etmək üçün gəldiklərini qeyd edib.

- Nümayəndə heyətinin səfərinin delimitasiya və demarkasiya məsələləri ilə heç bir əlaqəsi yoxdur,-sayt yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti