“BakıKart”a inteqrasiya olunan terminallarının sayı 1354-ə çatdırılıb

“BakıKart”a inteqrasiya olunan terminallarının sayı 1354-ə çatdırılıb
  08 Dekabr 2021    Oxunub:1226
“BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır:

"Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakıkart  



Xəbər lenti