İlon Mask evsiz qaldı

İlon Mask evsiz qaldı
  08 Dekabr 2021    Oxunub:1897
"Space X" şirkətinin qurucusu və baş direktoru İlon Mask rəsmən evsiz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Bildirilir ki, o, Kaliforniyada-Hillsborodakı villasını satıb.
Amerikalı milyarder əmlakını 32 milyon dollara adı açıqlanmayan şəxsə satıb.

Maskdan işçilərə iflas xəbərdarlığı
- 19 hektarlıq villa onun “son evi” idi. Çünki o, əvvəllər ştatdakı digər mülklərini satmışdı. Bundan əvvəl Mask bütün daşınmaz əmlaklarından qurtulacağına söz vermişdi,-məqalədə yazılıb.

Medianın məlumatına görə, "Guignecourt" kimi tanınan bu bir əsrlik mülk, Maskdan əvvəl də zəngin tarixinə görə məşhur olub. O 1912-ci ildə "qızıl qızdırması" dövründə böyük sərvətə malik olan fransız Qraf Kristian de Guignet tərəfindən tikilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İlon-Mask  





Xəbər lenti