"Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilərik" - Ərdoğan

   "Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilərik" -    Ərdoğan
  08 Dekabr 2021    Oxunub:323
"Türkiyə Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilər".
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən səfərdən qayıdarkən təyyarədə jurnaistlərə deyib.

O qeyd edib ki, Türkiyə Ukrayna və ətrafındakı hadisələri yaxından izləyir: "Gərginliyin artmamasını və sabitliyin saxlanmasını istəyirik. Rusiya ilə Ukrayna arasında son zamanlar yaranan gərginliyi azaltmaq və bir dialoq xətti yaratmaq məqsədilə tərəflərin razılığı əsasında istənilən formatda vasitəçilik edə bilərik. Əlbəttə, bölgədə sülhü üçün üzərimizə düşəni çəkinmədən edərik", - Ərdoğan bildirib.

AzVision.az

Teqlər: Rəcəb-Tayyib-Ərdoğan  







Xəbər lenti