"Erasx-Horadiz dəmir yolunun açılması müzakirə edilir" - Qriqoryan

   "Erasx-Horadiz dəmir yolunun açılması müzakirə edilir" -    Qriqoryan
  08 Dekabr 2021    Oxunub:1055
“İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Erasx-Horadiz dəmir yolunun açılması imkanını müzakirə edirlər".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı baş nazirin müavini Mqer Qriqoryan deyib.

O bildirib ki, bu, Ermənistan tərəfinə İran dəmir yolu şəbəkələri və Gürcüstanın müvafiq infrastrukturu ilə əlaqə yaratmaq imkanı verəcək.

"Dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma formalaşıb. Danışıqlarımız Erasx-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Erasxdan (Arazdəyən - red.) İranla əlaqə yaratmağa imkan verir və Gürcüstan dəmir yolu ilə əlaqədir. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir.”, - o qeyd edib.

AzVision.az



Teqlər: Dəmir-yol  





Xəbər lenti