Lavrov : "Delimitasiya işlərinə tezliklə başlanılması vacibdir" - YENİLƏNİB

  Lavrov : "Delimitasiya işlərinə tezliklə başlanılması vacibdir" -  YENİLƏNİB
  08 Dekabr 2021    Oxunub:2299
Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
AzVision.azxəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət ayrılıb.

“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası işlərinin tezliklə başlanmasının təmin edilməsinin, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrup çərçivəsində nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə əldə edilmiş razılaşmaların praktiki müstəviyə çevrilməsinin
zəruriliyi vurğulanıb", - məlumatda deyilir.

***
21:48
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Qarabağa dair bəzi məsələlər üzrə fikir mübadiləsi aparıblar. Həmçinin, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını, “3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.

AzVision.az




Teqlər: Sergey-Lavrov   Ermənistan  





Xəbər lenti