Putindən sanksiyalar mövzusunda zarafat

Putindən sanksiyalar mövzusunda zarafat
  08 Dekabr 2021    Oxunub:729
Rusiya prezidenti Vladimir Putin Gənc Alimlər Konqresinin iştirakçıları ilə görüşdə zarafatla deyib ki, son günlər davamlı olaraq sanksiyalar mövzusunu müzakirə edir.
AzVision.az xəbər verir ki, görüşdə “Skultech”in nümayəndəsi Yuri Kostyukeviç prezidentlə sanksiyalar mövzusunu müzakirə etmək istədiyini söyləyib.

“Biz indicə Yunanıstanın baş naziri ilə bu barədə danışdıq, onunla söhbəti yenicə bitirdim. Və yenə də sanksiyalar. Dünən prezident Co Baydenlə sanksiyalar haqqında danışdıq, Kostyukeviçlə də sanksiyalar mövzusu", - Putin bildirib.

Xatırladaq ki, Putin və Bayden arasında danışıqlar dünən onlayn keçirilib. Liderlər iki saat müzakirələr aparıblar. Putinin Yunanıstanın yeni baş naziri Kiriakos Mitsotakislə söhbəti isə bu gün Soçidə baş tutub.

AzVision.az





Teqlər: Vıadimir-Putin  





Xəbər lenti