Ərdoğan xalqı səbrli olmağa çağırdı

   Ərdoğan xalqı səbrli olmağa çağırdı
  08 Dekabr 2021    Oxunub:724
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasdan sonra açıqlama verən Ərdoğan Türkiyənin yeni yol xəritəsinə başladığını elan edib.

"Nə etdiyimizi bilirik. Millətimizdən bizə etimad göstərməsini və səbrli olmasını istəyirik", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Qətərlə indiyədək 84 müqavilə bağlayıb və bu, iki ölkə arasındakı əməkdaşlığın səviyyəsini daha da yüksəldib. Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikəri arasında başlanan əməkdaşlığın yeni mərhələsi hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək: "Hədəfimiz sərmayə yatırımı ilə məşğulluq, istehsalat, ixracat və böyüməni daha da irəliyə aparmaqdır”.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti