Saakaşvili səhhətinə görə məhkəmədə iştirak etməyəcək

Saakaşvili səhhətinə görə məhkəmədə iştirak etməyəcək
  08 Dekabr 2021    Oxunub:665
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətinə görə dekabrın 9-da məhkəmə iclasında iştirak edə bilməyəcəyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.

Cümə axşamı Tbilisi şəhər məhkəməsində sabiq prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxılacaq.

"Səhhətimlə əlaqədar sabahkı prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə şey o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili yazıb.

Xatırladaq ki, qeyd edilən iş üzrə ilk iclas noyabrın 16-da, Saakaşvilinin iştirakı olmadan keçirilib.

AzVision.az




Teqlər: Mixeil-Saakaşvili  





Xəbər lenti