Ermənistanda virusdan ölənlərin sayı 7 747 nəfərə yüksəlib

Ermənistanda virusdan ölənlərin sayı 7 747 nəfərə yüksəlib
  09 Dekabr 2021    Oxunub:673
Ermənistanda son sutka ərzində daha 300 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 341 768 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 19 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 747-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1464 nəfərdir. Aktiv xəstələrin sayı 9 541 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti