"Demokratiya sammitinin iştirakçıları ABŞ-ın maraqlarına xidmət edəcəklər" - Zaxarova

   "Demokratiya sammitinin iştirakçıları ABŞ-ın maraqlarına xidmət edəcəklər" -    Zaxarova
  09 Dekabr 2021    Oxunub:765
“Birləşmiş Ştatlar dekabrın 9-10-da keçiriləcək "Demokratiya sammiti"nin iştirakçılarına Amerikanın maraqlarına xidmət göstərmək "fəxri hüquq"u verəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

Diplomat ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın beynəlxalq münasibətlər sisteminin transformasiya olunduğu, onların II Dünya Müharibəsindən sonra formalaşdırdığı BMT-nin rəhbərliyi ilə hazırkı strukturunun tədricən keçmişə çevrildiyi barədə fikirlərinə diqqət çəkib.

“Əslində bizim düz üç ildir danışdığımız məsələdir. Birləşmiş Ştatlar təkbaşına dominatlıq etmək və özünün rahatlıq zonasını yaratmaq üçün beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir.
Məhz bunun üçün Birləşmiş Ştatlar “demokratiya zirvəsi” şəklində“ iştirakçılara Amerika rejiminin maraqlarına xidmətə görə “fəxri hüquq” verəcək massovka təşkil edir, - Zaxarova söyləyib.

XİN rəsmisi hesab edir ki, Sallivanın açıqlamasını “sinizim"dən “soyuqqanlı”ya qədər bir çox cəhətdən qiymətləndirmək olar.

Xatırladaq ki, ABŞ 9-10 dekabr tarixlərində videokonfrans vasitəsilə keçiriləcək "Demokratiya sammitinə" 110 ökəni dəvət edib. Siyahıya Çinin Tayvan adası da daxildir, lakin Çin, Rusiya, Türkiyə, Misir və bir sıra digər ölkələr tədbirə dəvət almayıb.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, tədbirin məqsədi insanları və ölkələri demokratik və qeyri-demokratik olaraq bölməkdir.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Mariya-Zaxarova   Demokratiya-sammiti   ABŞ  





Xəbər lenti