"Əsirlik"dən qayıdan xəstə erməni orduya cəlb edilib

   "Əsirlik"dən qayıdan    xəstə erməni    orduya cəlb edilib
  09 Dekabr 2021    Oxunub:1243
Ermənistan ordusu ilə bağlı daha bir anormal hal yaşanıb. Bu dəfə yerli media əsirlikdən qayıdan və sağlamlığında ciddi problemlər olan birinin yenidən orduya cəlb edilməsindən yazıb.
AzVision.az xəbər verir ki, bununla bağlı faktı jurnalist Karine Arutyunyan üzə çıxarıb.

Erməni hərbçi əsgər yoldaşını güllələyib
- 43 gün Hadrut meşələrində gizlənən, daha sonra ələ keçərək 200 gün Azərbaycan həbsxanasında qalmış bir əsgər yenidən orduya cəlb edilib. Hansı ki, onun ciddi sağlamlıq problemləri var.
Məgər insan amili bu hökumət üçün dəyərli sayılmırmı?-erməni jurnalist cəmiyyətə açıq sual ünvanlayıb.

Həmin əsgərin kimliyi hələlik açıqlanmır. Qeyd edək ki, Ermənistanda səhhətində ciddi problemlər olan gənclərin orduya cəlb edilməsi ilə bağlı dəfələrlə faktlar aşklarlanıb. Amma müharibədə əsir düşmüş birinin yenidən hərbi xidmətə qaytarılması ilk dəfədir ki, baş verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ordu   Ermənistan  





Xəbər lenti