Bakıda daha bir məktəbdə əyani tədris bərpa edilib

Bakıda daha bir məktəbdə əyani tədris bərpa edilib
  09 Dekabr 2021    Oxunub:532
Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, təhsil ocağının kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti