"Saakaşvilinin Gürcüstana gəlməsinə sabiq məmur kömək edib" - Prokuror

   "Saakaşvilinin Gürcüstana gəlməsinə sabiq məmur kömək edib" -       Prokuror
  09 Dekabr 2021    Oxunub:688
"Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynada yaşayan keçmiş yüksək vəzifəli məmurun köməyi sayəsində dövlət sərhədini keçə bilib".
AzVision.az xəbər verir ki, bunu prokuror Levan Vepxvadze deyib.

“Görülən prosessual və istintaq tədbirləri nəticəsində istintaq orqanı Ukrayna ərazisində Saakaşviliyə kimin kömək etdiyini ətraflı şəkildə müəyyən edib. Bu, keçmiş hökumət dövründə təhlükəsizlik departamentinin sabiq yüksək vəzifəli məmuru olub”, - Vepxvadze söyləyib. O, eks-məmurun adını açıqlamayıb.

Prokuror keçmiş prezidentin vəkillərini bütün sübutları etiraf etməyə çağırıb.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, bir sıra cinayətlərdə ittiham olunur. Sabiq prezident özünü “siyasi məhbus” adlandırır, o, həbs olunduğu andan aclıq aksiyasına başlayıb.

Bu gün Tbilisi şəhər məhkəməsi Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxır. Daha əvvəl bildirilib ki, səhhətinə görə, o, məhkəmə iclasına gələ bilməyəcək.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Mixeil-Saakaşvili  





Xəbər lenti