"Amazon" milyard avrodan çox cərimələndi

"Amazon" milyard avrodan çox cərimələndi
  09 Dekabr 2021    Oxunub:773
İtaliyanın Antiinhisar Xidməti “Amazon” onlayn pərakəndə satış şirkətini “bazarda dominant mövqedən sui-istifadə”yə görə cərimələyib.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilir cərimənin dəyəri 1 milyard 128 milyon avro olub. Sən demə şirkət İtaliya bazarındakı mütləq üstünlük mövqeyindən yararlanıbmış. Bu isə "Amazon"a öz çatdırılma xidmətini inkişaf və təşviq etməyə imkan verib ki, bununla da məlum arzuolunmaz davranışlar elektron ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə ziyan vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Cərimə   İtaliya  





Xəbər lenti