"Kadr islahatları davamlı olacaq" - Fərid Qayıbov

   "Kadr islahatları davamlı olacaq" -    Fərid Qayıbov
  09 Dekabr 2021    Oxunub:319
Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. O bildirib ki, kadr dəyişikləri islahatların bir növ davamıdır:

"Gənclər və idman sahəsində işlərə başlanılıb. Layihələr hazırlanılır. Lakin bu işlər birdən-birə həyata keçirilmir. Hal-hazırda araşdırmalar gedir, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı istiqamətdə işlərin getməsini müəyyəndirəcəyik və qərarları qəbul edəcəyik. Gənclər evlərimiz var. Onlar nə ilə məşğuldur, hansı işləri görməlidirlər? Olimpiya idman kompleksləri, idman klublarımızın fəaliyyəti, strukturu necə olmalıdır? Uşaq idmandından tutmuş milli komandaya qədər idmançılarımızın necə olması, hansı dəstəyin göstərilməsi üzərində iş gedir".

Nazir qeyd edib ki, aparılan təhlillər əsasında qərarlar qəbul ediləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:







Xəbər lenti