"Yeni olimpiyadaya hazırlıq başlanılır" - Nazir

 "Yeni olimpiyadaya hazırlıq başlanılır" -  Nazir
  09 Dekabr 2021    Oxunub:578
Pekin Yay Olimpiya Oyunlarından sonra federasiyalarda iclaslar keçirilir, bəzilərində dəyişiklər edilir.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib. O bildirib ki, artıq yeni olimpiyadaya hazırlıqlar başlanılıb:

"Hazırlıq prosesində yeni idmançılar da cəlb edilib. Elə idmançılarımız var ki, onlardan bir neçə olimpiya oyunlarında medal gözləyirik, təəssüf ki, qazana bilmir və ya olimpiyadaya çıxa bilmir. Elələri də var ki, olimpiyadada medal qazanır. Bu daha çox federasiyaların işidir. Onlarla birlikdə işləyirik. Olimpiya oyunlarına hazırlıq prosesini müzakirə edəcəyik. Bunun əsasında da müvafiq qərarlar qəbul edəcəyik. Qarşıda 3 ilimiz var, əslində çox vaxt deyil. Gələn il lisenziyalar uğrunda idmançılarımızın mübarizələri başlayacaq".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti