Bağçalarda ən çox rast gəlinən nöqsanlar

   Bağçalarda ən çox rast gəlinən nöqsanlar
  09 Dekabr 2021    Oxunub:663
"Bağçalarda ən çox rastlaşdığımız mənzərə ərzaq məhsulları ilə təmizlik vasitələrinin birgə saxlanılmasıdır. Eyni zamanda çiy və bişmiş məhsullar bir məkanda saxlanılır".
AzVision.az xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib. Onun sözlərinə görə, gün ərzində uşağa tələb olunan qidalı maddələr, eyni zamanda kalori çatdırılmır:

"Nazirlər Kabineti tərəfindən 1994-cü il 9 mart tarixində qəbul olunmuş 103 saylı qərarın 2 və 3-cü əlavələri yaş qrupuna uyğun olaraq 4-6 yaş və 1 yaşdan 4 yaşa qədər olan uşaqların 1 sutka ərzində ərzaq normalarına tələbatını özündə ehtiva edən normativ sənəddir. Orada qeyd olunub ki, mütləq şəkildə menyular tərtib və təsdiq olunarkən birmənalı həmin qərarın 2 və 3 əlavələrinə istinad etmək, orada olan ərzaq siyahısına və hər bir uşaq üçün gün ərzində düşən normalara riayət etmək lazımdır. Çox təəssüf ki, birmənalı olaraq həmin menyularda normalardan kənaraçıxmalar olur. Bunun da nəticəsində uşaqların fizioloji normalara uyğun gündəlik kalori tələbatı təmin olunmur”.

AzVision.az



Teqlər: AQTA   Bağça  





Xəbər lenti