"Gürcüstana qayıtmağım doğru idi" - Saakaşvili

"Gürcüstana qayıtmağım doğru idi" -  Saakaşvili
  09 Dekabr 2021    Oxunub:508
Sabiq prezident Mixeil Saakaşvili hesab edir ki, onun Gürcüstana gəlməsi doğru idi və öz müsbət nəticəsini verib.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili “Novoye Vremya”ya yazılı müsahibəsində deyib.

"Nəticələr hətta gözləntilərimi də üstələdi. Gözlədiyimi aldım. Müxalifət birləşdi, həmişəki kimi seçkilər oğurlandı, amma hamı bilir ki, müxalifət bütün böyük şəhərlərdə qalib gəlib. Vəziyyət səgimir və biz qələbəyə doğru gedirik. Siyasətə çoxlu yeni adamlar qoşulub”, - sabiq prezident bildirib.

Saakaşvili tərəfdarlarının onun həbsdən azad olunması üçün təkan verəcəklərinə də əmindir: "Müstəqillik uğrunda mübarizədən sonra heç vaxt olmadığı qədər çox insan məni dəstəkləmək üçün küçələrə çıxdı. Xalq məni Ukrayna və beynəlxalq ictimaiyyətin təzyiqi ilə birlikdə azad edəcək”.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O bir sıra cinayətlərdə ittiham olunur.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Mixail-Saakaşvili  







Xəbər lenti