Zaxarova "3+3" formatında görüşdən danışıb

   Zaxarova "3+3" formatında görüşdən danışıb
  09 Dekabr 2021    Oxunub:647
Rusiya Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatında görüşün keçiriləcəyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Moskvanı görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək.

Xatırladaq ki, "3+3" formatında ilk görüş sabah Rusiyanın paytaxtında baş tutacaq. Gürcüstan görüşdə iştirak etməyəcəyini açıqlayıb.

AzVision.az



Teqlər: Rusiya   3+3  





Xəbər lenti